Gecə saatlarında Xaçmaz-Quba yolunun Yergüc kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
Bizim.Media-nın məlumatına görə, "Range Rover" markalı avtomobillə "Volksvagen" markalı avtomobil toqquşub.
Nəticədə "Range Rover" markalı maşının sürücüsü, Xaçmaz şəhər sakini Firuz Fətəliyev ölüb.
Digər nəqliyyat vasitəsində olan 2 nəfər Quba sakinləri isə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktı Xaçmaz polisi araşdırır.