Xaçmaz şəhəri 6 saylı Körpələr evi Uşaq bağçasının həyətində ağacların dibi betonlanıb.
Bu barədə yerli sakinlər Shimal.News-a məlumat veriblər.
Artıq 2 aydan çoxdur ki, Məktəbli küçəsinin sonunda yerləşən 6 saylı Körpələr evi Uşaq bağçasının təmirinə başlanılıb. Hazırda təmir işləri yekunlaşmaq üzrədir.
"Baxçanın çöl hasarının inşasına hazırlıq görülür. Lakin bu yaşıllıqlara ziyan verməklə həyata keçirilir. Belə ki, hasarın özülü ağacların tam dibində qazılıb və beton bünövrə tökülüb. Bu da yaxın gələcəkdə həmin ağacların qurumasına səbəb ola bilər" - deyə vətəndaşlar bildiriblər.