Xaçmazda 20.200 manatlıq oğurluq edən şəxs tutulub. Bu barədə ShimalNews 3 dekabr tarixində Report-a istinadən məlumat verir.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Nəticədə bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Cəlal Cəfərov saxlanılıb.
Həmin şəxs əvvəlcə sağlamlıq mərkəzindən ümumi dəyəri 10.000 manat olan müxtəlif növ dəmir boruları, təmir-tikinti alətləri, dam örtükləri və elektrik avadanlıqlarını oğurlayıb.
Bundan başqa, Cəlal Cəfərov gizli talama məqsədilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 10.200 manat dəyərində olan musiqi aləti, xalçalar, qızıl-zinət əşyası, su qızdırıcısı və s. oğurlayıb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə tutulan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.