Qida Təhlükəsizliyi Agentliyi Xaçmazda yerləşən əzcaxanalarda monitorinqlərə davam edir. Bu haqda 6 aprel tarixində Shimal.news agentliyə istinadən xəbər verir.
Yoxlamalar nəticəsində “Zeytun 10" aptekində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.