Xaçmazda yeniyetmələrlə maarifləndirici görüş keçirilib. Bu barədə ShimalNews 14 dekabr tarixində Xaçmaz Gİİ-yə istinadən məlumat verir.
“Yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarının alınması və məişət zorakılığı ilə mübarizə” mövzusunda baş tutan görüşdə yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardımdan bəhs edilib.
Tədbir iştirakçılarına, həmçinin məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində məlumat verilib.