Yaponiya səfiri Xaçmaz rayonuna səfər edib. Bu haqda ShimalNews 19 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
Səfər zamanı Vada Cuniçi Elnur Rzayevlə görüşüb. İcra başçısı ona Xaçmazın tarixi, əhalisi, sakinlərinin əsas məşğuliyyəti, rayonun infrastrukturu, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və icra başçısı bir-birinə simvolik hədiyyələr təqdim ediblər.
Vada Cuniçi, həmçinin səfər çərçivəsində “Qafqaz” Konserv Zavodunda olub.