Xaçmaz şəhərində iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews 20 dekabr tarixində məlumat verir.
Hadisə bu gün saat 13:00 radələrində “LukOil” yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb. Burada “VAZ-2107” markalı minik avtomobili “Toyota” markalı avtomobilə çarpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə DYP cəlb olunub.
[caption id="attachment_33750" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]