Od çərşənbəsində Xaçmaz, Quba və digər bölgələrdə ağacəkmə aksiyaları keçirilib. Bu barədə ShimalNews 28 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ümumilikdə 34.000 müxtəlif növ ağac tingi əkilib, 125 kiloqram toxum səpilib.