Sabah Xaçmaz və İsmayıllı rayonlarında “Təmiz ölkəm” aksiyası çərçivəsində ərazilər təmizlənəcək. Bu barədə ShimalNews 7 iyun tarixində məlumat verir.
İsmayıllının Qalıncaq kənd meşəbəyliyində və Xaçmazın Niyazoba kəndi istiqamətində dəniz sahili tullantılardan təmizlənəcək.
Aksiya iyunun 8-i saat 10:00-da start götürəcək. İştirak etmək istəyənlər dəvətlidirlər.