Qanunsuz balıq ovunun qarşısının alınması, istifadəsi qadağan olunan ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə tədbir təşkil olunub. Bu barədə ShimalNews 7 iyun tarixində məlumat verir.
Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyası “Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torlardan azad olunub.
Daha öncə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Dünya Əhmədova balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırmışdı.