Xaçmaz şəhərində ödənişsiz göz əməliyyatları və oftalmoloji müayinələr təşkil olunur. Bu haqda ShimalNews 18 dekabr tarixində Aztibb.az-a istinadən məlumat verir.
Bunun üçün Xaçmaz və ətraf rayon sakinləri dövlət tibb müəssisəsinə müraciət edərək, "Xidmətlər Zərfi" çərçivəsində “Göndəriş vərəqəsi”ni əldə edə bilərlər. Daha sonra bu göndərişlə “Referans” Xaçmaz Tibb Mərkəzinə müraciət edilməlidir.
Ünvan: Nəriman Nərimanov küç., 49 (keçmiş NK-AY klinikası)
Çağrı Mərkəzi: *0033.