Xaçmazda ictimai iaşə müəssisəsində yoxlamalar keçirilib. Bu haqda ShimalNews 23 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Monitorinq zamanı Xudat şəhərinin H.Əliyev prospektində yerləşən “Sümayə” dönər evində nöqsanlar aşkar edilib. Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı qanun pozuntuları aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.