Xaçmazın sabiq icra başçısının oğlu Samir Xanbabayev Nərimanov rayon Mühafizə Polisi İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bu barədə ShimalNews 3 dekabr tarixində Qaynarinfo-ya istinadən məlumat verir.
Məlumata əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Polkovnik S.Xanbabayevin yerinə polkovnik-leytenant Nasir Babayev təyin olunub. Şəmsəddin Xanbabayevin oğlu isə Neft Yanacaq Obyektlərinin Mühafizə İdarəsi rəisi təyin edilib.