Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Xaçmazın ticarət obyektlərində yoxlamalar həyata keçirilib. Bu barədə ShimalNews 13 fevral tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama nəticəsində Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı qayda pozuntuları aşkarlanıb.
Bununla bağlı Qobuqıraq kəndində yerləşən “Səməd” marketə qarşı qanunamüvafiq tədbirlər görülüb.