Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 3 mart tarixində RTİ-yə istinadən xəbər verir.
Görüş Xaçmaz şəhəri 6 nömrəli tam orta məktəbdə keçirilib. Sakinlərin müraciətləri, əsasən, şagird yerdəyişməsi və təhsil müəssisələrinə işə qəbul mövzuları ilə bağlı olub.
Qaldırılan bəzi məsələlərin bir qismi yerindəcə araşdırılıb və tədbirlər görülüb, digərləri nəzarətə götürülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.