Xaçmaz rayonunda brakonyerlıq edənlərin kimliyi müəyyən olunub. Bu haqda ShimalNews 3 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət-yoxlanış tədbirləri keçiriblər. Nəticədə rayon sakinləri Mahir Hüseynov və Elman Vəlimətov saxlanılıblar. Onların barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.