Xaçmazda "OBA" marketindən seyf oğurlanıb. Bu barədə ShimalNews 6 dekabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakinləri Namik Şirinov və Əli Əliyev şübhəli bilinərək saxlanılıblar. Onlar marketdən içərisində 2000 (iki min) manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb.