Xaçmazda “Azəriqaz”ın keçirdiyi tədbirdə sakinlər qazlaşdırma ilə bağlı müraciətlərini ünvanlayıblar. Bu barədə ShimalNews 9 dekabr tarixində quruma istinadən məlumat verir.
“Açıq mikrofon” aksiyasında sakinlər qaz təchizatında üzləşdikləri çətinlikləri səsləndiriblər:
- Şəfiqə Fətullayeva və Pərcahan İsmayılova Qələbə küçəsində fərdi yaşayış evinin qazlaşdırılması;
- Üçgünqışlaq və Uzunoba kənd sakinləri yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciət ünvanlayıblar.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi səsləndirilən müraciətləri cavablandırıb, vətəndaşlara ətraflı məlumat verilib.