Xaçmazda 1890 manat məbləğində oğurluqlar törədən şəxs tutulub. Bu barədə ShimalNews 3 dekabr tarixində Report-a istinadən məlumat verir.
Rayon polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisələri törətməkdə şübhəli bilinən rayon sakini Ramil Sultanov saxlanılıb.
Həmin şəxs fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 1890 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə tutulan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.