Xaçmaz rayonunun Fərzəlioba kəndində bıçaqlanma hadisəsi baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, kənd sakini, 42 yaşlı M.Şıxmuradovun boyun-boğaz orqanına bıçaqla xəsarət yetirilib. Eyni zamanda zərərçəkmişin cinsiyyət orqanı kəsilib. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
M.Şıxmuradova xəsarət yetirən şəxs saxlanılıb. Onun həmkəndlisi S.Mahmudov olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.