Xaçmaz sakini 913.072 manatlıq cekpotun sahibi olub. Bu barədə ShimalNews 2 mart tarixində “Azərlotereya”ya istinadən məlumat verir.
50 yaşlı Kamran Məmmədsəidov uduşlu lotereya biletlərinin qəbul edildiyi “Bakı KOB evi”nə gəlib. O, bu məbləği udacağını yuxusunda gördüyünü deyib.
Qalib satıcı işlədiyini bildirib. Bundan sonra da həmin işlə məşğul olmağa davam edəcəyini bildirib.