Xaçmazda Vətən müharibəsi şəhidi Davud Hacıyevin anım mərasimi keçiriləcək. Bu haqda ShimalNews 25 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Mərasim sabah saat 10:00-da Qaraqurtlu qəbiristanlığında şəhidin məzarının ziyarəti ilə başlayacaq. Daha sonra “Ağ çadır” şadlıq sarayında ehsan süfrəsi veriləcək. Anım mərasimində iştirak etmək istəyən hər kəs dəvətlidir.
Davud Hacıyev “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.