Xaçmazda ət kəsimi məntəqəsinin yaradılması üçün 650 min manat güzəştli kredit ayrılıb. Bu haqda ShimalNews 25 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarovun Twitter hesabına istinadən məlumat verir.
Güzəştli kredit "Şahdağ Süd və Ət" MMC-yə verilib. Vəsait İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində ayrılıb.
Nazir, həmçinin bildirib ki, layihənin icrası 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.