Xaçmaz rayon sakinindən paytaxt Bakıda 500 manata yaxın pul oğurlanıb. Bu barədə ShimalNews 12 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə şəhərin Binəqədi rayonu ərazisində baş verib. O.Qəhrəmanov Binəqədi RPİ-yə müraciət edərək bildirib ki, onun 497 manatını açıq talama yolu ilə alıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluqda şübhəli bilinən Ağstafa rayon sakini Rəhman Muradov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.