Xaçmaz rayon sakininin pulqabısı paytaxtda qeyri-aşkar şəraitdə oğurlanıb. Bu barədə ShimalNews 12 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Zərərçəkən qadın bildirib ki, Bakı metropoliteni stansiyalarının birində onun içərisində pulu, qızıl boyunbağısı və bank kartı olan pulqabısı oğurlanıb.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini Elməddin Şirəliyev şübhəli şəxs kimi saxlanılıb.
Araşdırma aparılır.