Xaçmaz rayon sakini Bakıda evlərin birindən oğurluq etməkdə şübhəli bilinir. Bu haqda ShimalNews 12 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Nəsimi rayonu ərazisindəki evlərin birindən mobil telefon və 2 ədəd avtomobil açarı oğurlanıb. Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş R.Orucov, Masallı rayon sakini V.Qənbərov və Culfa rayon sakini K.Hüseynli saxlanılıblar.
Araşdırma aparılır.