Xaçmaz rayonunda ümumrayon iməciliyi keçirilib. Bu barədə ShimalNews 4 mart tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.
Park və xiyabanlar, yol kənarları, eləcə də qəbiristanlıqlarda təmizlik işləri aparılıb. İməcilik çərçivəsində magistral və kənd daxili yolların kənarlarına yeni ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Ümumrayon iməciliyində idarə, təşkilat və müəssisələrin kollektivləri və sakinlər aktiv iştirak ediblər.