top
Xaçmaz meşələrində çox rast gəlinən quzuqarnı göbələyi
23 mart 2023, 17:16
- ↺ +

Xaçmaz meşələrində çox rast gəlinən quzuqarnı göbələyi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bu haqda 23 mart tarixində Shimalnews Azərtac-a istinadən xəbər verir.

Quzuqarnını meşəliklərdən martın ikinci ongünlüyündən başlayaraq cəmi 20-25 gün ərzində toplamaq olar. Bu göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, özünəməxsus çətinlikləri var. Quzuqarnının rəngi yarpaqlardan seçilmir. Buna görə də toplamaq asan deyil. Bir gün ərzində meşədən maksimum 2-4 kiloqram quzuqarnı toplamaq olar.

Bu il mart ayında yağış yağmadığından meşələrdə rütubətlilik azdır. Bu səbəbdən quzuqarnı əvvəlki illərə nisbətən az yetişib. Hazırda quzuqarnının bir kiloqramı 20-25 manata satılır.

“Hər il Novruz bayramı ərəfəsində meşələrdə quzuqarnı bitməyə başlayır. Əvvəllər meşələrdə lap çox bitirmiş. Yaşlı insanlar danışır ki, bir ağacın dibindən iki kiloqramadək quzuqarnı yığmaq olurdu. İndi isə o qədər quzuqarnı üçün 2-3 saat meşəni gəzib-dolaşmaq lazımdır. Biz hər il quzuqarnı yığdığımızdan onun daha çox bitdiyi yerləri bilirik. Meşədə, əsasən, qovaq ağaclarının altında bitir. Xaçmazda, Şabranda daha çox yığılır”, - deyə Coşqun İsmayılov söyləyib.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Bu göbələk qoyun ətindən bahadır. Bu isə onun yığılmasının çətin olması ilə əlaqədardır. Quzuqarnını bazardan və ya yolun kənarında səyyar satıcılardan almaq olar. Hər il mart-aprel aylarında Şabran rayonu ərazisində, Gəndob-Yalama yolunun kənarında quzuqarnı satanlara rast gəlmək mümkündür.

[caption id="attachment_38655" align="alignnone" width="640"]Quzuqarnı göbələyi Azertag[/caption]

[caption id="attachment_38656" align="alignnone" width="640"]Quzuqarnı göbələyi Azertag[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər