Xaçmazda "Kənd təsərrüfatında məhsulların ixracı" mövzusunda maarifləndirici təlim keçirilib. Bu haqda ShimalNews 23 fevral tarixində məlumat verir.
KOBİM tərəfindən təşkil edilən təlimdə fermerlər məhsul ixracı prosesinin təşkili, bu sahəyə dair qanunvericilik, xarici ölkələrdə idxal olunan kənd təsərrüfatı məhsulları ilə bağlı müəyyən olunmuş standartlar, logistika işinin təşkili barədə məlumatlandırılıblar. Görüşdə 16 nəfər iştirak edib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.