Xaçmazda "Ətraf mühit, sosial və korporativ idarəetmə" mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 17 fevral tarixində Xaçmaz KOB İnkişaf Mərkəzinə istinadən məlumat verir.
Maarifləndirici görüşdə 12 nəfər iştirak edib. Təlimdə ətraf mühit, sosial və korporativ idarəetmə konsepsiyası və onun meyarları, biznes fəaliyyətlərinin ekoloji və sosial təsirləri barədə məlumat verilib. Ortaya çıxan suallar cavablandırılıb.
Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.