Xaçmaz rayonunun kəndlərində yaşayan uşaqlar sevindiriliblər. Bu barədə ShimalNews 6 yanvar tarixində sosial şəbəkələrdə yayılan xəbərlərə istinadən məlumat verir.
“KitabGəzər” layihəsi çərçivəsində Xaçmazın 60 nəfər balaca sakininə “sevinc payı” çatdırılıb. Bu aksiya fərdi və korporativ ianələr, könüllülərin dəstəyi ilə reallaşıb.
Kəndlərin seçimi, uşaqların siyahısının hazırlanması və səfər müddətindəki dəstək isə GİKM-in Xaçmaz nümayəndəliyi tərəfindən təmin edilib.