Xaçmaz şəhərində icra başçısı Elnur Rzayev vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 1 mart tarixində RİH-yə istinadən məlumat verir.
Tədbirdə yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Dövlət rəsmiləri əvvəlcə Xaçmaz şəhər 4 saylı tam orta məktəbin həyətində şəhid Mehman Şıxbala oğlu Məhəmmədovun büstünü ziyarət edib, şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla anıblar.
Daha sonra yeni salınan yaşayış massivlərinin qazlaşdırılması, daxili yolların təmiri, gecə işıqlandırılması və içməli su ilə bağlı sakinlərin müraciətləri dinlənilib.
Bu məsələlərin aradan qaldırılması istiqamətində icra başçısı müvafiq tapşırıqlarını verib.