Xaçmaz rayon icra başçısı sakinlərin müraciət və təkliflərini dinləyib. Bu barədə ShimalNews 15 fevral tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.
Qəbul Qımılqışlaq kəndində keçirilib. Elnur Rzayev bu dəfə Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri ilə görüşüb. Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, daxili yolların təmiri, suvarmada mövcud olan çətinliklər və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Görüşün sonunda Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medallar təqdim edilib.