Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsinin rəhbər heyətinin bir qismi işdən azad edilib, bir qisminə isə töhmət verilib. Bu barədə ShimalNews 4 mart tarixində İƏD-ə istinadən məlumat verir.
Vaqif Mərdanov, İlham Rəcəbov işlərində yol verdiyi nöqsanlara görə evlər müdirliyi vəzifəsindən azad ediliblər. Fuad Novruzbəyov və Aydın Heydərova isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.