Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 3 mart tarixində AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı Köhnə Xaçmaz kəndində Eyvaz Kərimova məxsus məntəqədə qayda pozuntuları aşkar edilib. Obyekt sahibi barəsində inzibati protokol tərtib edilib.