Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Xaçmaz şəhərində heyvan kəsimi məntəqələrində yoxlamalar keçirib. Bu haqda ShimalNews 30 noyabr tarixində agentliyə istinadən məlumat verir.
Aparılan monitorinq nəticəsində ət satışı məntəqələrində nöqsanlar aşkar olunub. Qanun pozuntusu aşkar edilən məntəqələr aşağıdakılardır:
| № | Xaçmaz rayonu üzrə | ||
| 1 | Mirmayıl Qasımov | Xaçmaz şəhəri, 20 Yanvar küçəsi | İnzibati protokol tərtib edilib |
| 2 | Nizami Ağayev | Köhnə Xaçmaz kəndi | İnzibati protokol tərtib edilib |