Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 30 noyabr tarixində AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı Quba yolu üzərində yerləşən, Məclum Mehrəliyeva məxsus məntəqədə uyğunsuzluqlar aşkarlanıb. Sahibkar barəsində inzibati protokol tərtib edilib.