Dövlət qulluğunda fəaliyyətinin davam etdirilməsi üzrə test imtahanını uğurla başa vuran şəxslərin sertifikatları təqdim ediləcək. Bu barədə ShimalNews 6 fevral tarixində Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir.
DİM tərəfindən 18 dekabr 2022-ci il tarixində baş tutan imtahandan keçən namizədlər şəxsiyyəti təsdiq edən sənəd və ərizə təqdim etdikdən sonra sertifikatlarını Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Xaçmaz Regional Bölmələrindən növbəti həftə ərzində əldə edə bilərlər.