Xəzər dənizinin Xaçmaz rayon sahillərində balıqçının meyiti tapılıb. Bu haqda ShimalNews 13 dekabr tarixində məlumat verir.
Həmin şəxsin Şabran rayon sakini, 61 yaşlı Sultanov Yusif Dadaş oğlu olduğu məlum olub. Hadisə o və digər 3 nəfər qayıqla balıq ovlayarkən baş verib.
Cəsəd müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Digər şəxslər haqqında məlumat dəqiqləşdirilir.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.