Xaçmazda 5 dekabr - Beynəlxalq Könüllülər Günü qeyd olunub. Bu haqda ShimalNews 5 dekabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
İcra başçısı rayonda könüllülük fəaliyyəti ilə məşğul olan gənclərlə görüşüb. Elnur Rzayev gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda könüllülük fəaliyyəti başa çatan gənclərin bir qrupuna sertifikatlar təqdim olunub.