Xaçmaz şəhər bazarında bir neçə sahibkar uzun müddətdir fəaliyyətlərini davam etdirə bilmir. Onların sözlərinə görə, artıq 8 aya yaxındır ki, 4-5 mağaza sahibi obyektlərinə daxil ola bilmir.
Sahibkarlar yaranmış vəziyyətdə bazarın sahibi Gülnarə Həbibovanı ittiham edirlər. Bildirilir ki, o, 20 ildən artıqdır bazarın rəhbəri kimi fəaliyyət göstərir və son aylarda mağaza sahiblərinin fəaliyyətinə maneə törədir.
Mübahisə ötən ilin oktyabr ayında başlayıb. Sahibkarlar bildirirlər ki, səhər tezdən işə gələn zaman obyektlərinin qarşısında bir gecə ərzində tikilmiş divarla qarşılaşıblar. Bu səbəbdən mağazalara giriş qeyri-mümkün olub.
Mövzu ilə bağlı ətraflı məlumat “Real TV”nin hazırladığı reportajda: