Qida Təhlükəsizliyi Agentliyi Xaçmazda fəaliyyət göstərən marketdə yoxlama keçirib. Bu barədə ShimalNews 1 mart tarixində agentliyə istinadən xəbər verir.
Monitorinq “Bərəkət” marketdə aparılıb. Yoxlama çərçivəsində burada Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı qanun pozuntusu aşkar edilib.
Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.