Xaçmazda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ticarət obyektlərində monitorinqlər aparılıb. Bu barədə ShimalNews 27 dekabr tarixində AQTA-ya istinadən məlumat verir.
Yoxlamalar nəticəsində kənd ərazilərində 2 ticarət müəssisəsində nöqsanlar müəyyən olunub.
Qayda pozuntuları aşkar edilmiş müəssisələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
| 1. | "Uğur" market | Xaçmaz rayonu, Müzəffəroba kəndi | 1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 3. Ev şəraitində hazırlanan məhsulların satışının həyata keçirilməsi |
| 2. | "Gənclik" market | Xaçmaz rayonu, Qusarçay kəndi | 1. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2. Ev şəraitində hazırlanan məhsulların satışının həyata keçirilməsi |