Xaçmaz rayonunda fəaliyyət göstərən bal məhsulları istehsal edən müəssisə güzəştli kredit əldə edib. Bu barədə ShimalNews 25 fevral tarixində Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.
Fonddan verilən məlumatda bildirilir ki, "Apiaz" MMC-yə 120.000 manat vəsait ayrılıb. Maliyyələşdirilməni "XalqBank” ASC həyata keçirib. Layihənin icrası nəticəsində 12 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Yerli bazarda "Apiaz" şirkəti "Ballı" brendi ilə bal və onun məhsullarını təklif edir.