Xaçmazda dərzi həyatına qəsd edib. Bu barədə ShimalNews 14 fevral tarixində Report-a istinadən məlumat verir.
54 yaşlı şəhər sakini Əfqan Şərifov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Şərifovun həyatına son qoymağının səbəbi hələlik məlum deyil.