Xaçmazda ictimai iaşə müəssisəsində yoxlamalar keçirilib. Bu haqda ShimalNews 2 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Monitorinq zamanı N.Nərimanov küçəsində yerləşən "122" kafesində və "Aləm" dönər evində nöqsanlar aşkar edilib. Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı qanun pozuntuları aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.