Xaçmazın Ağtala kəndində 12 yaşlı Şəhla Əlifxanova yaşadığı evin hamam otağında boğularaq ölüb. Bu barədə ShimalNews 5 dekabr tarixində Report-a istinadən məlumat verir.
Ailə üzvlərinin bildirdiyinə görə, dəm qazından boğulan gəncə ilkin tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.