Xaçmazda iki məktəbdə koronavirus aşkarlanıb. Bu barədə APA məlumat verib.
Rayonun Rəhimoba kənd orta məktəbi və Xaçmaz şəhər Çingiz Abdullayev adına 2 saylı orta məktəbin ibtidai sinif şagirdlərində virus aşkarlanıb.
Bu səbəbdən iki sinif distant təhsilə keçirilib.
Daha öncə, Xaçmazda parklar və uşaqlar üçün əyləncə yerlərinin bağlanması barədə məlumat vermişdik.