Xaçmazda parklar və uşaglar üçün əyləncə gəzintiləri bağlanıb.  Bu barədə 31 avqust ShimalNews-a məlumat daxil olub.

Səbəb olaraq koronavirusa yoluxma sayının artması bildirilir.

Operativ Qərargahın məlumatına istinadən, bu gün koronavirus infeksiyasına 3107 yeni yoluxma qeydə alınıb, 1770 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 39 nəfər dünyasını dəyişib.

Daha öncə, avqustun 28-i Xaçmazda pandemiyaya qarşı aksiya keçirilmişdir.