Quba rayonunda “Usta mənəm!” müsabiqəsinin növbəti mərhələsi keçiriləcək. Bu haqda ShimalNews 17 avqust tarixində məlumat verir.
Müsabiqə İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi və “Holcim Azərbaycan” ASC-nin birgə təşkilatçılığı ilə baş tutur. 500-dən çox ustanın qatıldığı yarışma may ayından başlanılanılıb və respublikanın müxtəlif bölgələrində təşkil edilir. Məqsəd ölkənin ən yaxşı “Usta”sını seçmək və peşə təhsilinin nüfuzunu yüksəltməkdir. Yarışmanın qalibinə avtomobil hədiyyə ediləcək.
Qeydiyyat 23 avqust tarixinədək davam edəcək. Əlavə məlumat üçün (*1010).